Ermənistan Azərbaycan və Naxçıvan arasında sadələşdirilmiş tranziti təmin etməyi öhdəsinə götürür
Ermənistan Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən hər iki istiqamətdə keçən insanlar, nəqliyyat vasitələri və yüklər üçün sadələşdirilmiş tranzit rejimini təmin etməyi öhdəsinə götürür.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş TRIPP layihəsi üzrə birgə bəyanatında deyilir.
Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizlik vəziyyəti müzakirə ediblər