Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabi Davamlı İnkişaf Həftəsi çərçivəsində keçirilən "Orta Dəhliz – Avropa və Asiyanı Enerji Vasitəsilə Birləşdirən" panel müzakirəsində Avropaya inteqrasiyanın Gürcüstanın siyasi gündəliyinin ayrılmaz hissəsi olduğunu bəyan edib.
“İki sahil” xəbər verir ki, Baş nazir Avropa İttifaqının tamhüquqlu üzvü olacaqlarını və bu məqsədə çatmaq üçün Assosiasiya Sazişi və onun müddəalarına tam əməl olunacağının göstərildiyini vurğulayıb.
"Biz Assosiasiya Sazişini və Gündəliyini izləyəcəyik, müddəalara qətiyyətlə əməl edəcəyik. Bu baxımdan davamlı islahatlar həyata keçiriləcək", – deyə İ.Kobaxidze əlavə edib.
Onun sözlərinə görə, Avropaya inteqrasiya Gürcüstanın uzunmüddətli siyasi və iqtisadi prioritetlərini gücləndirən əsas strateji hədəfdir.
Finlandiyada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək