14 yanvar 2026 20:35
98

Rusiya Ukraynanın itkilərini açıqladı - 1421-ci gün

Rusiya müharibənin 1421-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 108 925 PUA-sı, 645 zenit-raket kompleksi, 27 115 tank və digər zirehli texnikası, 1 641 reaktiv yaylım atəş sistemi, 32 567 artilleriya və minaatanı, 51 746 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.