Tailandın şimal-şərqində tikinti kranının sərnişin qatarının üzərinə aşması nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə "BBC News" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
66 nəfər yaralanıb, 7 nəfərin vəziyyəti son dərəcə ağırdır.
Rəsmilərin sözlərinə görə, qəza baş verən zaman qatarda 171 sərnişin olub.
Tailandın Dövlət Dəmir Yolları hadisəni araşdırmağa başlayıb və kranın məxsus olduğu tikinti şirkətini məsuliyyətə cəlb etmək niyyətində olduğunu bildirib.
"Italian-Thai Development Public Company Limited" şirkətinin rəhbərliyi hadisə ilə əlaqədar təəssüfünü bildirərək həlak olanların və xəsarət alanların ailələrinə kompensasiyanın veriləcəyini elan edib.