14 yanvar 2026 18:44
89

Bekhem ailəsi ilə bütün əlaqəsini kəsdi

Dünyaca məşhur futbolçu Devid Bekhemin oğlu Bruklin Bekhem həyat yoldaşı Nikola Pelts ilə birlikdə atasının və anasının - Devid və Viktoriya Bekhemin - birbaşa əlaqələrini kəsmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, cütlük ailəyə yalnız vəkillər vasitəsilə ünsiyyət qurmağı tələb edib və sosial mediada onların haqqında paylaşım etməmələrini istəyib. Mənbələr bildirir ki, bu addım Bruklinin psixoloji sağlamlığını qorumaq məqsədi daşıyır.

Bruklin və Nikola Pelts 2022-ci ildə evlənib, toydan sonra isə ailədaxili gərginliklər daha da artıb. Ötən may ayında Bruklin və Nikola vacib ailə tədbirlərinə qatılmayıb.