Fransalı fermerlər Avropa İttifaqı (Aİ) ilə Cənubi Amerika ümumi bazarı (MERCOSUR) arasında ticarət sazişinə qarşı etiraz çərçivəsində Parisdəki Kənd Təsərrüfatı Nazirliyinin ərazisinə daxil olublar.
“İki sahil” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Fermerlər hesab edirlər ki, hökumət milli aqrar sektorun maraqlarını qorumaq üçün kifayət qədər səy göstərməyib. Nümayişçilər sazişə qarşı şüarlar səsləndirirlər və fransalı fermerlərə dəstək verirlər.
Aksiya parlamentdə hökumətə etimadsızlıq qətnamələri üzrə səsvermə ərəfəsində keçirilib. Müxalifət hökuməti Avropa İttifaqı ilə MERCOSUR arasındakı sazişə göz yummaqda ittiham edir.
Polis etirazçıları hökumət qurumunun ərazisindən uzaqlaşdırmağa çalışır.