14 yanvar 2026 22:00
98

ABŞ İrana hücum edə bilər - 24 saat ərzində

ABŞ regionda gərginliyin artması fonunda növbəti sutka ərzində İrana zərbələr endirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

ABŞ artıq ehtiyat tədbiri olaraq Yaxın Şərqdəki əsas hərbi bazalardan personalın qismən təxliyəsinə başlayıb. İki Avropa rəsmisinin sözlərinə görə, Vaşinqtonun hərbi müdaxilə ehtimalı yüksəkdir və zərbələr növbəti 24 saat ərzində endirilə bilər.

İsrail rəsmisi qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp mümkün müdaxilə ilə bağlı qərar verib, lakin əməliyyatın dəqiq miqyası və vaxtı hələ məlum deyil.