14 yanvar 2026 22:22
96

Ağ Evdə Qrenlandiya ilə bağlı görüş keçirilib

Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldtlə görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, ABŞ-ın adanı əldə etmək niyyəti ilə bağlı keçirilən görüş təxminən bir saat çəkib. Görüşün nəticələri açıqlanmayıb.

İki xarici işlər nazirinin iş gününün sonunda danışıqlar üçün Kapitol binasına getməsi planlaşdırılır.