Rusiya Prezidenti Vladimir Putin və Braziliya Prezidenti Lulada Silva arasında telefon danışığı olub.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin məlumatına görə, liderlər Venesuela ətrafındakı vəziyyəti müzakirə ediblər.
Putin və Silva Venesuelanın suverenliyi və milli maraqlarının təmin olunması ilə bağlı yanaşmalarının uyğun olduğunu vurğulayıblar.
Tərəflər Latın Amerikası və digər regionlarda gərginliyin azaldılması məqsədilə əlaqəni davam etdirməyə razılaşıblar.