14 yanvar 2026 23:06
103

Qəzza ilə bağlı sülh planının ikinci mərhələsi başlayəb - ABŞ elan edib

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin başladığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, X sosial platformasına elan edib. Uitkof bildirib ki, ikinci mərhələ Qəzzanın silahsızlaşdırılması, texnokratik hökumətin yaradılması və yenidənqurma işlərinin başlanması ilə bağlıdır.

Onun sözlərinə görə, ikinci mərhələdə Qəzzada keçid texnokratik Fələstin administrasiyası, Qəzza İdarəçiliyi üzrə Milli Komitə (NCAG) yaradılır və Qəzzanın tam demilitarizasiyasına və yenidən qurulmasına, ilk növbədə bütün dəstələrin tərk-silah edilməsinə başlanılır.

“ABŞ HƏMAS-ın sonuncu mərhum girovun dərhal qaytarılması da daxil olmaqla, öhdəliklərinə tam əməl etməsini gözləyir. Bunu etməmək ciddi nəticələrə səbəb olacaq”, - deyə Uitkoff əlavə edib. O, vasitəçiliyə görə Misir, Türkiyə və Qətərə minnətdarlığını bildirib.