"Eagle Hills" investisiya layihəsinin bu il Gürcüstan iqtisadiyyatına 11 milyard lari (4 milyard dollardan çox) gəlir gətirəcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Həm iqtisadiyyat, həm də büdcə bu gəlirlərdən fayda əldə edəcək. Minlərlə iş yeri yaradılacaq. Bu layihə heç bir mənfi nəticə olmadan ölkəmizin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Müvafiq olaraq, dövlət bu layihənin əvvəldən sona qədər uğurla həyata keçirilməsi üçün məsuliyyət daşıyır. On il ərzində hər il ölkə büdcəsinə 700 milyon lari (260 milyon dollar) ödəniləcək", – Kobaxidze Abu Dabidə jurnalistlərə bildirib.