15 yanvar 2026 12:00
85

Tramp: "Biz hər şeyi edə bilərik"

ABŞ prezidenti Donald Trump, Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacib olduğunu və Danimarkanın adanın qorunmasının etibarlı qarantı ola bilməyəcəyini bir daha vurğulayıb. 

“İki sahil” xəbər verir ki, Tramp, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

"Qrenlandiya Danimarka da daxil olmaqla milli təhlükəsizlik üçün çox vacibdir. Problem ondadır ki, Rusiya və ya Çin Qrenlandiyanı işğal etmək istəsə, Danimarka heç nə edə bilməz, amma biz hər şeyi edə bilərik. Bunu Venesuela nümunəsində gördünüz " - deyə Tramp bildirib.

Bəyanat ABŞ, Danimarka və Qrenlandiya nümayəndələrinin Vaşinqtonda son görüşü fonunda səsləndirilib.