15 yanvar 2026 12:53
107

Fransa Qrenlandiyada birgə Avropa təlimlərinə qoşulur

Fransa ABŞ prezidenti Donald Trampın adanı nəzarətə götürməklə bağlı təhdidləri fonunda Qrenlandiyada birgə təlimlər keçirmək üçün digər Avropa ölkələrinə qoşulacağını bəyan edib.

“İki sahil” xəbər verir ki, bu haqda Fransa prezidenti Emanuel Makron özünün X hesabında yazıb. "Danimarkanın xahişi ilə Fransanın Danimarkanın Qrenlandiyada təşkil etdiyi "Arktik dözümlülük"əməliyyatı adlı birgə təlimlərdə iştirak edəcəyinə qərar verdim. İlk fransız hərbi hissələri yoldadır. Digərləri də onları izləyəcək " - deyə Makron bildirib.

Qeyd edək ki, Adaya hərbi personal göndərən digər ölkələr arasında Almaniya, İsveç və Norveç də var. Bildirilir ki, Qrenlandiya Hökuməti və Danimarka Müdafiə Nazirliyi "təhlükəsizliklə bağlı gərginlik" səbəbindən çərşənbə günündən başlayaraq ölkə ərazisində və ətrafında hərbi vəziyyətin gücləndiyini elan ediblər.