Yanvarın 16-da Sakit okeanın akvatoriyasında, Oregona ştatının sahillərində, Korvallis şəhərindən 340 km qərbdə 5,6 maqnitudalı zəlzələ olub.
“İki sahil” xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialına istinadən məlumat yayıb.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 07:26-da qeydə alınan zəlzələnin episentri sahildən təxminən 270 km məsafədə yerləşib.
Episentrdəki silkələnmə intensivliyinə görə zəlzələ "çox güclü" kimi qiymətləndirilib.
ABŞ-nin Geoloji Xidmətinin məlumatına görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.