16 yanvar 2026 11:35
94

Britaniya hərbçiləri Norveçdə Rusiya ilə mümkün münaqişəyə hazırlaşırlar - "Politico"

Böyük Britaniyanın hərbi qulluqçuları Norveçin şimalında yerləşən Camp Viking hərbi bazasında Rusiya ilə mümkün silahlı münaqişə ssenarisi üzrə təlimlər keçirirlər.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, manevrlər Britaniya dəniz piyadalarının iştirakı ilə Arktika dağlarının dərin qar örtüyü şəraitində həyata keçirilir. Təlimlərin məqsədi sərt iqlim və çətin relyef şəraitində döyüş hazırlığını artırmaqdır.