Azərbaycan bizim üçün vacib təbii qaz tədarükçüsüdür.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazir Azərbaycanla imzalanmış qaz sazişinin icra mərhələsində olduğunu qeyd edib:
“Biz Azərbaycandan əhəmiyyətli həcmdə qaz alırıq. İndi bu tədarük 2029-cu ildən sonrakı dövrü də əhatə edəcək şəkildə uzadılır. Yanvar ayının əvvəlində aylıq 25 milyard kubmetr həcmində qazla bağlı saziş imzaladıq və demək olar ki, bu artıq icra mərhələsinə keçib” – nazir əlavə edib.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
“Caspian Agro Week” regionun aparıcı aqrar platforması kimi mövqeyini gücləndirir - FOTO
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir