16 yanvar 2026 14:15
108

Telekanaldan Olimpiya çempionu ilə bağlı SƏRT QƏRAR

Fransalı buz xoreoqrafiya üzrə Olimpiya çempionu Gabriela Papadakis 2026-cı il Olimpiya Oyunları zamanı NBC telekanalında şərhçi kimi fəaliyyət göstərə bilməyəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə idmançı L’Equipe qəzetinə müsahibəsində məlumat verib. Qərar onun sabiq rəqibi Qilyom Sizeronun şikayəti ilə bağlı qəbul olunub.

Cümə günü Papadakis «Var olmamaq üçün» adlı avtobioqrafiyasını nəşr etdirib. Kitabda o, Sizeronun nəzarətcil və dominant tərəf olduğunu qeyd edir və onu normal olmayan davranışda ittiham edir. Sizeron isə cavab olaraq kitabın yalan məlumatlar ehtiva etdiyini bildirib və avtobioqrafiyanı onun Milan Olimpiadasındakı çıxışına zərbə vurmaq məqsədli «lənətlənmiş kampaniya» adlandırıb. O, həmçinin sabiq partnyoruna qarşı iddia qaldırmaq niyyətində olduğunu açıqlayıb.

Müsahibədə Papadakis bildirib ki, o, hamının şərhlərini neytral və bərabər şəkildə verməyə hazır idi. O, NBC-nin mövqeyini başa düşdüyünü qeyd edib, lakin qərarın ədalətsiz olduğunu hiss etdiyini söyləyib. NBC də açıqlamasında vurğulayıb: «Gabrielanın həyat və karyerası haqda danışmaq hüququna hörmət edirik. Eyni zamanda, onun yeni kitabı açıq maraqlar konflikti yaradır».

Qeyd edək ki, Gabriela Papadakis və Qilyom Sizeron 2010–2022-ci illərdə duet olaraq çıxış ediblər. 2022-ci ildə Olimpiya çempionu, 2018-ci ildə isə gümüş medal qazanıblar. Həmçinin idmançılar beş dəfə Dünya və Avropa çempionu olublar.