Türkiyənin paytaxtı Ankarada Rusiyanın səfiri Andrey Karlovun qətlinin təşkilatçılarından biri hazırda Kanadada yaşayır.
“İki sahil” xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Məlumata görə, Türkiyədə qadağan olunmuş terrorçu FETÖ təşkilatının üzvü Cemal Karaata Kanadaya qaçdıqdan sonra adını dəyişib və orada yaşamağa davam edir.
Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada keçirilən foto sərgisinin açılışı zamanı atəş açılaraq öldürülmüşdü. Hücumu törədən polis əməkdaşı Məvlyt Mərt Altıntaş isə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilmişdi.