ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Vaşinqtonun Qrenlandiyanı əldə etməsinə kömək etmədiyi təqdirdə ölkəni bu təşkilatdan çıxarıb-çıxarmayacağı ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.
“İki sahil” xəbər verir ki, Tramp bunu Vaşinqtondan Florida ştatına uçmazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada qeyd edib.
"Görəcəyik", - deyə Amerika administrasiyasının rəhbəri bildirib. "NATO Qrenlandiya məsələsində bizimlə əməkdaşlıq edir. Milli təhlükəsizlik baxımından Qrenlandiyaya həqiqətən ehtiyacımız var. Əgər bunu əldə etməsək, milli təhlükəsizliyimizdə böyük bir boşluq yaranacaq, xüsusən də "Qızıl Günbəz" layihəsi ilə bağlı hərəkətlərimizə, eləcə də hər şeyə. Odur ki, biz NATO ilə danışıqlar aparırıq", - deyə ABŞ lideri vurğulayıb.
Hazırkı Amerika lideri dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu bildirib. O, bu məsələnin həlli üçün güc tətbiqini istisna etməyib.