17 yanvar 2026 00:11
94

"X" platformasındakı nasazlıqlar aradan qaldırılıb

"X" platformasının işində müşahidə olunan nasazlıqlar əsasən aradan qaldırılıb.

“İki sahil” xəbər verir ki, bunu "Downdetector" xidmətinin məlumatları təsdiq edir.

Axşam saatlarında 80 minə yaxın istifadəçi sosial media resursunun fəaliyyətindəki problemlərdən şikayət etsələr də, hazıra bu şikayətlər kəskin şəkildə azalaraq minə düşüb.

Xatırladaq ki, problemlər əsasən ABŞ, Yaponiya, Fransa, Almaniya və Avstraliyada qeydə alınıb.