17 yanvar 2026 09:03
118

Lüks brend müştərilərini izləyib?

Fransız dəb evi "Hermes" müştərilərin sərvətini və "Birkin" çantaları almaq imkanlarını müəyyən etmək üçün onları izləməkdə ittiham olunur.

“İki sahil” xəbər verir ki, müvafiq araşdırma "Glitz" tərəfindən dərc edilib.

Məlum olub ki, lüks brendin işçiləri potensial müştərilərin maliyyə vəziyyətini müəyyən etmək üçün onların ev ünvanlarını təhlil etmək məqsədilə "Google"dan istifadə edirlər. Onlar həmçinin müştərilərin sosial media hesablarını da araşdırırlar.

Satış əməkdaşlarından biri butikə alış-veriş etmək məqsədilə gələn müştərinin sərvətini müəyyən etmək üçün istifadə edilən əlamətləri açıqlayıb.

"İşçilərin satış hədəflərinə çatmaq məqsədilə uyğun müştərini müəyyən etmək üçün istifadə etdikləri əlamətlərə "Audemars Piguet" və ya "Richard Mille" saatları da daxildir. Dəbdəbəli "Rolex" saatları isə inamsızlıq yarada bilər", - deyə anonim qalmaq istəyən əməkdaş bildirib.