17 yanvar 2026 09:21
75

8 mərtəbəli oteldə yanğın - Türkiyədə

Kayserinin (Türkiyə) Kocasinan rayonunda 8 mərtəbəli otelin zirzəmisində yanğın baş verib.

İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, yanğın yanğınsöndürmə briqadaları tərəfindən tez bir zamanda söndürülüb, lakin birinci mərtəbəni dolduran tüstü panikaya səbəb olub.

Yanğın nəticəsində xəsarət alan və ya zərər çəkən olmayıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Məhərrəm Ağalaroğlu, “İki sahil”