Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib.
“İki sahil” xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Hindistandan 639 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 323 ton (-11 %), İrandan 292 min ABŞ dolları dəyərində (+20 %) 213 ton (+8 %), Türkiyədən 39,41 min ABŞ dolları dəyərində (+5 %) 4,23 ton (+11 %), Pakistandan 8,3 min ABŞ dolları dəyərində 1,2 ton, Birləşmiş Ərəb Əmirliklərindən 2 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,99 ton (+65 %) məhsul alıb.
Azərbaycan 5 il 8 aylıq fasilənin ardından Pakistandan tədarükü bərpa edib.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
“Caspian Agro Week” regionun aparıcı aqrar platforması kimi mövqeyini gücləndirir - FOTO
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir