Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 845 min ABŞ dolları dəyərində 62 ton balıq kürüsünün əvəzedicilərini idxal edib.
“İki sahil” xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 29 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 467 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çox) 17,3 ton (-15 %), Belarusdan 227 min ABŞ dolları dəyərində (+58 %) 30 ton (+58 %), Çindən 94 min ABŞ dolları dəyərində 8,1 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 29 min ABŞ dolları dəyərində (-6 %) 5 ton (-34 %), Qazaxıstandan 20,31 min ABŞ dolları dəyərində 1,88 ton məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
“Caspian Agro Week” regionun aparıcı aqrar platforması kimi mövqeyini gücləndirir - FOTO
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir