Filippinin mərkəzi hissəsindəki Sebu şəhərində tullantı poliqonunda baş verən uçqun nəticəsində həlak olanların sayı 27 nəfərdən 35-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, bunu "ABS-CBN News" telekanalı bildirib.
Daha bir nəfər itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Xatırladaq ki, Sebu şəhərində yanvarın 8-də zibil poliqonunda uçqun baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ çıxarılıb və onlar xəstəxanaya yerləşdirilib.
Ukraynanın Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub