11 aprel 2026 18:38
100

Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs başladı

Rusiya və Ukrayna arasında Pravoslav xristian bayramı olan Pasxa ilə əlaqədar elan edilən müvəqqəti atəşkəs yerli vaxtla saat 16:00-da qüvvəyə minib.

İki sahil” yazır ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən Pasxa bayramı münasibətilə elan edilən atəşkəs aprelin 12-ə qədər qüvvədə olacaq.

Məlumata görə, Rusiya ordusu Ukraynadakı bütün cəbhələrdə hərbi əməliyyatları dayandırıb, Kiyev də atəşkəsə qarşılıqlı şəkildə əməl etmək qərarına gəlib.

Ukrayna Prezidenti Volodimir Zelenski əvvəllər Rusiyanı Pasxa bayramı ilə əlaqədar atəşkəs elan etməyə çağırmışdı.

Xatırladaq ki, 9 apreldə Rusiya Prezidenti Putin bu gün yerli vaxtla saat 16:00-dan başlayaraq 12 apreldə Pasxa bayramının sonuna qədər davam edəcək atəşkəs elan eedib.

Bu qərardan sonra Ukrayna Prezidenti Zelensky də atəşkəsə riayət edəcəklərini açıqlayıb.

"Biz inanırıq ki, Pasxa sülh və təhlükəsizlik dövrü olmalıdır. Pasxa bayramında atəşkəs əsl sülh hərəkatının başlanğıcı ola bilər." - Zelenski bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”