Müdafiə sənayesi sektorunun aparıcı şirkətlərindən biri olan REPKON 2026-cı il yanvarın 19-22-də Qətərin paytaxtı Dohada keçiriləcək DIMDEX 2026 Beynəlxalq Dəniz Müdafiə Sərgisində iştirak edəcək.
“İki sahil” xəbər verir ki, ştirakçılara innovativ həllərini yaxından tanımaq imkanı yaradacaq REPKON sərgi boyunca sektor nümayəndələri və beynəlxalq nümayəndə heyətləri ilə müxtəlif əməkdaşlıq danışıqları aparacaq.
Döymə texnologiyaları və özünəməxsus istehsal imkanları ilə müdafiə sənayesinə qabaqcıl texnoloji həllər təqdim edən REPKON tədbir müddətində H4-207 nömrəli stendində ziyarətçiləri qəbul edəcək. Şirkətin sərgi çərçivəsində dəniz platformaları üçün nəzərdə tutulmuş məhsullarını və yüksək dəqiqliyə malik sistemlərini ön plana çıxarması gözlənilir.
Bildirək ki, Qətər Silahlı Qüvvələrinin ev sahibliyi və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin himayəsi ilə təşkil olunan Doha Beynəlxalq Dəniz Müdafiə Sərgisi və Konfransı (DIMDEX) 2026-cı il yanvarın 19-22-də Qətər Milli Konqres Mərkəzində (QNCC) keçiriləcək.
Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib
"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun buraxılış mərasimi keçirilib
Azərbaycan hərbçisinin şəxsi şücaəti onun mənəvi-psixoloji vəziyyətinin məhsuludur
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib