19 yanvar 2026 10:50
104

Cənubi Koreya və İtaliya yüksək texnologiyalı sahələrdə əməkdaşlığı genişləndirəcək

Cənubi Koreya və İtaliya süni intellekt, aerokosmik texnologiyalar, yarımkeçiricilər və kritik mineral ehtiyatları sahəsində strateji sənaye əməkdaşlığını dərinləşdirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, xəbəri "Yonhap" agentliyi yayıb. Məlumata görə, müvafiq razılaşmalar Koreya Respublikasının Prezidenti Li Çje Myon və İtaliyanın Baş naziri Corcia Meloni arasında Seulda keçirilən sammit zamanı əldə edilib.

Danışıqlar zamanı dövlət qurumları ilə özəl biznes arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Bundan əlavə, tərəflər yarımkeçirici sənayesi, həmçinin mədəni və tarixi irsin qorunması sahəsində əməkdaşlığa dair üç anlaşma memorandumu imzalayıblar.