Azərbaycanın turizm potensialı 15-18 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien” turizm sərgisində nümayiş etdirilib.
“İki sahil” xəbər verir ki, sərgidə Azərbaycan Turizm Bürosu Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “Dreamland Baku” ilə birgə təmsil olunub.
Azərbaycanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək nümayiş olunan turizm məhsulları ilə tanış olub.
Tədbir çərçivəsində tanınmış avstriyalı jurnalist Kladius Rayxıl Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, 2025-ci il ərzində Avstriyadan Azərbaycana səfər edənlərin sayında 2024-cü illə müqayisədə 6% artım müşahidə olunub.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
“Caspian Agro Week” regionun aparıcı aqrar platforması kimi mövqeyini gücləndirir - FOTO
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir