2025-ci il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 11850 vətəndaş müraciəti daxil olub.
“İki sahil” xəbər verir ki, müraciətlərin 1798-i məlumat (müraciətin geri götürülməsi və təşəkkür), 10052-si isə icra xarakterli olub. Bunlardan 9594-ü müvafiq qaydada icra edilib, 458 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji, kadr məsələləri, icazələr və digər mövzularla bağlı olub.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 575 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
“Caspian Agro Week” regionun aparıcı aqrar platforması kimi mövqeyini gücləndirir - FOTO
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir