19 yanvar 2026 12:00
96

Azərbaycanda akkreditə olunmuş diplomatlar Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.