Azərbaycan ərazisində dağlıq rayonlara yağan aramsız qar nəticəsində cənub regionunda, xüsusi ilə də Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində yaranan məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Elektrik enerjisinin verilişində məhdudiyyətlərə səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır. Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq"ın əməkdaşlarına əlavə problem yaradır. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq qurumun əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır. Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək", - məlumatda deyilir.
Ukrayna səfiri: Azərbaycanın növbəti humanitar yardımı bizim üçün çox önəmlidir