Bu gündən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.
“İki sahil” bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadla xəbər verir.
Məlumata görə, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.
Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.