21 yanvar 2026 18:30
97

Putin və Zelenski Ukraynada sülh istəyirlər - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada sülh razılaşmasına nail olmaq niyyətindədirlər. Onun sözlərinə görə, bu mövzunu Zelenski ilə keçirəcəyi danışıqlarda müzakirə edəcək.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, bu mövqeyini Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı çıxışında səsləndirib.

“Prezident Putinlə ünsiyyətdəyəm və əminəm ki, o, razılaşma imzalamaq istəyir. Prezident Zelenski ilə işləyirəm, bu gün onunla görüşəcəyik, ümid edirəm ki, hazırda bu zalda da var. O da bu müharibəni dayandırmaq istəyir”, — deyə Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı çıxışında bildirib.

Eyni zamanda Tramp vurğulayıb ki, Ukraynadakı münaqişənin nizamlanması ABŞ-ın deyil, Avropanın məsuliyyət sahəsinə daxildir. Onun fikrincə, Birləşmiş Ştatların bu münaqişəyə “heç bir aidiyyəti yoxdur”.