21 yanvar 2026 21:07
101

Tramp: Üçüncü dünya müharibəsi olmayacaq

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər o, 2024-cü il seçkisində qalib gəlməsəydi, Rusiya ilə Ukrayna arasındakı münaqişə üçüncü dünya müharibəsinə çevrilə bilərdi.

“İki sahil” xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Trampın sözlərinə görə, artıq belə bir təhlükə istisnadır.

"Üçüncü dünya müharibəsi olmayacaq. Düşünürəm ki, əgər mən seçilməsəydim, Rusiya ilə Ukrayna arasındakı vəziyyət üçüncü dünya müharibəsinə çevrilə bilərdi", - deyə ABŞ prezidenti bildirib.