Ermənistan–Azərbaycan sərhədində ideal sülh bərqərar olub.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində hökumət saatı zamanı Baş nazir Nikol Paşinyan söyləyib. Onun çıxışı yerli televiziya kanalları tərəfindən yayımlanıb.
“Demək istəyirəm ki, 21 yanvar 2026-cı il tarixinə olan vəziyyətə görə Ermənistan və Azərbaycan sərhədinin bütün perimetri boyunca ideal sülh hökm sürür, ideal sülh”, – deyə Paşinyan bildirib.
İrəvan və Bakı arasında qarşılıqlı ritorikadan danışan Paşinyan qeyd edib: “Bu ritorika irəliləyişin ilk elementlərini nümayiş etdirir və mən bunu alqışlamaq istəyirəm”.