22 yanvar 2026 00:20
105

"Qarabağ"-"Ayntraxt" oyununun ən yaxşısı seçildi

UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Ayntraxt" oyununun ən yaxşı futbolçusu bəlli olub.

“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.

O, matçda 2 qol vuraraq təmsilçimizin qələbə qazanmasında əsas memarlardan olub.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.