Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinin həlli ilə bağlı dialoqu davam etdirmək üçün yanvarın 22-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşnerlə görüşəcəyini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasında Putin Rusiyanın Sülh Şurasına dəvətini və Qəzza ətrafındakı durumu, Vaşinqtonun Ukraynadakı vəziyyəti həll etmək səylərini və ABŞ-də dondurulmuş Rusiya aktivlərinin mümkün taleyini müzakirə edib.
"Bütün bu məsələləri sabah danışıqlar aparacağım Fələstin Prezidenti Mahmud Abbasla, eləcə də Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirmək üçün sabah Moskvaya gələn Amerika nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə müzakirə etməyi planlaşdırıram", - deyə Rusiya lideri bildirib.
MERCOSUR sazişinə qarşı aksiyalarda etirazçılarla polis arasında toqquşma baş verib
ABŞ Qrenlandiya ilə bağlı Avropa ölkələrinə qarşı yeni tariflər tətbiq etməyəcək
Rusiya dondurulmuş aktivlərindən "Sülh Şurası"na 1 milyard dollar ayırmağa hazırdır