22 yanvar 2026 10:16
98

Azərbaycanın turizm imkanları Tailandda tanıdılıb

Azərbaycan Turizm Bürosu Tailandın paytaxtı Banqok şəhərində keçirilən “Thai International Travel Fair Business Matching (TITF B2B)” turizm sərgisi çərçivəsində keçirilən B2B görüşlərdə iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində Tailandın aparıcı turizm agentlikləri ilə 30-a yaxın görüş keçirilib.

Görüşlərdə tailandlı tərəflərə Azərbaycanın mədəni irsi, təbiəti, sağlamlıq turizmi imkanları, şərabçılıq ənənələri və qış idmanı növləri üzrə potensialı barədə məlumat verilib.