İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət proqramlarının icrasının daha sistemli izlənilməsi məqsədilə “Layihə idarəetməsi” modulu yaradıb. Modul vasitəsilə təxminən 1500 layihənin icrası monitorinq və qiymətləndirmə prosesinə cəlb edilib.
“İki sahil” xəbər verir ki, bunu sözügedən qurumun icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
V.Qasımlının sözlərinə görə, bu, risklərin vaxtında müəyyənləşdirilməsinə və qərarvermənin keyfiyyətinin yüksəldilməsinə imkan verir: "Dövlət proqram idaəetməsində tətbiq etdiyi yeniliklərlə İİTKM Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Asiya regionunda fəaliyyət göstərən nüfuzlu media qurumları və beyin mərkəzləri tərəfindən 10-dan artıq beynəlxalq mükafata layiq görülüb".
Orxan Vahidoğlu, "İki sahil"
Təlimlər, məsləhət xidmətləri və biznes planların hazırlanması üzrə geniş dəstək təqdim olunub
“Azexport.az” vasitəsilə 2025-ci ildə 3200 ixrac sifarişi qeydə alınıb - Vüsal Qasımlı