"Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qarşıya qoyulan məqsədlərdən biri də bundan ibarətdir ki, qeyri-neft ixracını 2021-ci illə müqayisədə 2026-cı ildə 1,2 dəfə artırmalıyıq. Bu o deməkdir ki, biz bir ildə qeyri-neft ixracını 10-15% artırsaq, 2026-cı ildə məqsədimizə nail olacağıq.
“İki sahil” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
İcraçı direktoru sözlərinə görə, indiyə qədərki dinamika onu göstərir ki, Azərbaycan bu məqsədə nail olmağa çox yaxınlaşıb: "Yəni bu il biz qeyri-neft ixracında təxminən 10-15%-lik artıma nail olsaq, o zaman 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft ixracında 1,2 dəfə artım qeydə alınacaq.
Qeyri-neft ixracının strukturu ilə bağlı məsələ bizi çox maraqlandırır. Biz çalışırıq ki, qeyri-neft ixracının stukrunda daha çox əlavə dəyər yaradan, dəyər zəncirində daha çox dərinə gedən məhsulların, xüsusən də xammal və yarımfabrikatdan daha çox hazır məhsulun ixracına nail olaq. Bu nöqteyi-nəzərdən Azərbaycanın xüsusən neft-kimya sənayesi öndə gedir. Eyni zamanda bu istiqamətdə metallurgiya məhsullarını da qeyd etmək olar".
V. Qasımlı vurğulayıb ki, burada söhbət təkcə əmtəənin ixracından getmir, həm də xidmətlərin ixracından gedir: "Məsələn, tədiyə balansına baxsaq görərik ki, bizim son illər ən ciddi ixrac istiqamətlərimizdən biri nəqliyyat xidmətləridir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində, haba çevrilməsində ölkənin nəqliyyat xidmətləri ixracı əhəmiyyətli şəkildə genişləndirilmişdir. Hətta nəqliyyat xidmətləri ixracı Azərbaycanın əmtəə ixracı ilə müqayisə olunan bir həddə gəlib".
"İkinci xidmət ixracı ilə bağlı turizmi qeyd edə bilərik. Ötən il bu sahədə müəyyən dərəcədə azalmalar olsa da, amma ümumilikdə bu sahənin böyük bir perpektivi var. Düşünürəm ki, biz 2026-cı ildə biz turizm xidmətlərinin ixracı sahəsində də daha böyük nailiyyətlərə imza ata bilərik.
Eyni zamanda maliyyə, bank, sığorta və bu kimi digər xidmətlər sahəsində ixracın genişləndirilməsi istiqamətində böyük potensialımız var ki, biz bu potensialı da istifadə etməliyik", - V. Qasımlı qeyd edib.
Agentlikdə keyfiyyət infrastrukturu və rəqəmsal idarəetmənin inkişafı ilə bağlı məsələlər müzakirə olunub
İİTKM "Layihə idarəetməsi" modulu vasitəsilə 1500 layihənin icrasını monitorinq və qiymətləndirməyə cəlb edib
Təlimlər, məsləhət xidmətləri və biznes planların hazırlanması üzrə geniş dəstək təqdim olunub