Azərbaycan "Growth Lab" Mərkəzi ilə "Yaşıl artım portalı" layihəsinin perspektivləri barədə fikir mübadiləsi aparıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə yenidən görüşmək xoş oldu. Azərbaycanda iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması istiqamətində həyata keçirilən islahatlar, "Growth Lab" Mərkəzi ilə əməkdaşlıq, birgə fəaliyyət çərçivəsində reallaşdırılan "Yaşıl artım portalı" layihəsinin perspektivləri barədə fikirlərimizi bölüşdük", – deyə nazir qeyd edib.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
“Caspian Agro Week” regionun aparıcı aqrar platforması kimi mövqeyini gücləndirir - FOTO
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir