23 yanvar 2026 10:53
162

"Azərbaycan Mədəniyyəti-2040" Konsepsiyasının təqdimatı olu

"Azərbaycan Mədəniyyəti-2040" Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Mədəniyyət naziri Adil Kərimli konsepsiyanın məqsədləri və qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra konsepsiya ilə bağlı xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.

Eyni zamanda, sənədin məzmunu barədə geniş təqdimat keçirilib, Mədəniyyət Nazirliyinin bu istiqamətdə vəzifələri və həyata keçirilməli olan layihələr barədə qurumlara tapşırıqlar verilib.