Avropa İttifaqının aparıcı ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampı Amerika hərbi kontingentinin Ukrayna ərazisində yerləşdirilməsinə razı salmaq üçün fəal səylər göstərirlər.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin jurnalistlərinin bildirdiyinə görə, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonun mövqeyini dəyişmək məqsədilə ciddi diplomatik təşəbbüslər irəli sürürlər. Onlar Tramp administrasiyasını inandırmağa çalışırlar ki, ABŞ əsgərləri olmadan Ukrayna ilə bağlı istənilən sülh razılaşması zəif olacaq və münaqişənin yenidən alovlanması riski yüksək qalacaq.
"Politico"nun mənbələrinin qeyd etdiyinə görə, bu təşəbbüs Avropa İttifaqının özündə belə birmənalı qarşılanmır. Aİ rəsmiləri arasında bu cür təhlükəsizlik zəmanətlərinin effektivliyi ilə bağlı ciddi suallar yaranır və bəzi dairələrdə bu yanaşmanın real nəticələr verəcəyinə şübhə ilə yanaşılır.
Məqalədə vurğulanır ki, Avropa paytaxtlarında ABŞ-ın Ukraynada birbaşa hərbi mövcudluğunun mümkün nəticələri, o cümlədən risklərin artması və geosiyasi gərginliyin dərinləşməsi ilə bağlı narahatlıqlar mövcuddur.
Aİ missiyası Bakı və İrəvan arasında sülh sazişindən sonra Ermənistan sərhədini tərk edəcək
Gürcüstan Venesuelanı Abxaziya və Cənubi Osetiyanın tanınmasını GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR
Tramp miqrantlara qarşı mübarizə üçün NATO-nun 5-ci maddəsinin tətbiqini TƏKLİF EDİB