Terrorçulardan təmizlənmiş Hələb, Deyr əz-Zor və Rakkada elan edilmiş fövqəladə vəziyyət başa çatıb və bərpa prosesinə keçilib.
“İki sahil” yazır ki, bu barədə ölkənin Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bəyanatda qarşıdakı dövrdə diqqətin əsas səhiyyə xidmətlərinin yenidən qurulmasına və davamlılığının təmin edilməsinə yönəldiləcəyi, ilkin səhiyyə xidmətlərinin, milli peyvənd proqramlarının, ana və uşaq sağlamlığı xidmətlərinin və yaşlılar üçün səhiyyə xidmətlərinin prioritet olacağı vurğulanıb.
Bildirilib ki, Təcili Əməliyyatlar Mərkəzi qrupları Hələb, Deyr əz-Zor və Rakka əyalətlərini, eləcə də Hələbin kənd yerlərindəki Deyr Hafir şəhərini əhatə edən səfərlər həyata keçiriblər.
Bəyanatda qeyd olunur ki, bu səfərlər səhiyyə infrastrukturunun mövcud vəziyyətini qiymətləndirmək, təyin olunmuş səhiyyə işçilərinə dəstək vermək və müvafiq idarələrlə koordinasiyanı gücləndirməklə fövqəladə hallara cavab mərhələsindən davamlı bərpa mərhələsinə rahat keçidi hədəfləyir.
Nazirlik həmçinin bildirib ki, səhiyyə sektorunun monitorinqi ölkənin müxtəlif bölgələrində davam etdiriləcək, xüsusən də Haseke, Qamışlı və Eyn əl-Ərəb bölgələrinə diqqət yetiriləcək və hər hansı potensial səhiyyə inkişafına tez bir zamanda diqqət yetiriləcək.
Xatırladaq ki, hökumətlə terror təşkilatı arasında hərbi gərginlik səbəbindən yanvar ayının ortalarında Suriyanın Hələb, Deyr əz-Zor və Rakka əyalətlərində fövqəladə vəziyyət elan edilmişdi.
Məhərrəm Ağalaroğlu, “İki sahil”