23 yanvar 2026 22:52
97

ABŞ İran hökumətinin gəlirlərini azaltmağa çalışır

ABŞ İrana qarşı yeni sanksiyalar elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik sanksiyaların İranın "kölgə donanması"ndakı doqquz gəmiyə, eləcə də onlara sahib olan şirkətlərə aid olacağını bildirib.

Sanksiya tətbiq edilən qurumların və şəxslərin ABŞ-da yerləşən bütün əmlakı və aktivləri bloklanacaq.

Nazirlik əlavə edib ki, məhdudiyyətlər İran hökumətinin gəlirlərini azaltmaq məqsədi daşıyır.