Misli Premyer Liqasında 17-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, 2-ci oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə "Şamaxı" "Qəbələ"ni qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq. Bu komandalar arasında 1-ci dövrənin oyununda "Şamaxı" 1:0 hesablı qələbə qazanıb.
Günün 2-ci matçında "Qarabağ" evdə "Kəpəz"lə qarşılaşacaq. Oyun saat 16:30-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki görüşündə Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti qeydə alınıb.
24 yanvar (şənbə)
14:00. “Şamaxı” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu
16:30. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
“Azersun Arena”