24 yanvar 2026 14:41
98

Ötən il İnzibati kollegiyada baxılan işlərin 62 faizdən çoxu yekunlaşdırılıb

2025-ci ildə İnzibati kollegiyanın icraatında olan 5 227 işdən 62,1 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərin 43,4 faizi mahiyyəti üzrə baxılaraq həll edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında məlumat verilib.

Bildirilib ki, işlərin 9,6 faizi üzrə kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 0,6 faiz iş üzrə isə kassasiya icraatına xitam verilib.

Məhkəmə baxışına çıxarılan 3 246 işin nəticələrinə gəlincə, onların 27,4 faizi üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb. İşlərin 47 faizi üzrə kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edilməsi səbəbindən mümkün sayılmayıb. Bundan başqa, 14 faiz iş üzrə qərar ləğv edilib, 0,5 faiz iş üzrə icraata xitam verilib, 0,9 faiz iş üzrə isə qərar dəyişdirilib.