24 yanvar 2026 20:07
127

ABŞ ələ keçirilmiş tankerlərdən Venesuela neftini müsadirə edib

ABŞ əvvəllər ələ keçirilmiş yeddi tankerin göyərtəsində olan Venesuela neftini müsadirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə müsahibəsində bildirib.

Tramp bu gəmilərin harada olduğunu söyləməyib.

"Mən sizə bunun haqqında danışa bilmərəm. Ancaq belə deyək: onlarda neft yoxdur. Biz nefti götürürük", - o deyib və əlavə edib ki, "neft Hyustondakı neft emalı zavodlarına çatdırılır".