Qaradağ rayonu ərazisində bir nəfərin bank kartından 1200 manat pul oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.
“İki sahil” xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Ataşov müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin iş yoldaşı olduğu və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürdüyü müəyyən edilib.
Araşdırma davam etdirilir.
İTV Azərbaycanın “Avroviziya 2026”dakı təmsilçisi və mahnısı ilə bağlı iddialara münasibət bildirib
Avtobusda ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşından tutulur? - AÇIQLAMA